TOP 10

Georgi Nikolov "Qarabağ" - "Mölde" matçının məkanının dəyişdirilməsi haqda: "UEFA "arabanı atların önünə keçirməməlidı"

Futbol
Tarix: 2020-09-02 17:18

"İnter in (hazırkı "Keşlə") sabiq prezidenti Georgi Nikolov Çempionlar Liqasının III təsnifat mərhələsində  "Qarabağ" - "Mölde" (Norveç) matçı ətrafında yaşanan mübahisəli vəziyyəti şərh edib. Hazırda Vətəni Bolqarıstanda yaşayan keçmiş klub funksioneri Sport24.az-a açıqlamasında skandinavları kifayət qədər ciddi tənqid edib: "Bütün etirazlar, bütün iddialar püşkatmadan əvvəl ola bilərdi. Püşkatma keçiriləndən sonra bu cür iddialar yersiz və səhvdir. "Mölde" püşkün nəticəsini olduğu kimi qəbul etməlidir. Hər cür yarımçıq faktlarla spekulyasiyaya ehtiyac yoxdur. UEFA öz qaydalarına riayət etməli və "arabanı atların önünə keçirməməlidi".

 

Georgi Nikolayeviç Avropa futbolundakı mövcud vəziyyətə də toxunub: “Bu il Avropa yarışları ilə bağlı vəziyyət heç də normal deyil. Ancaq UEFA ədalətli rəqabət qaydalarına məhəl qoymazsa, bu, ona haqq qazandıra bilməz".

 

Söhbətin sonunda Nikolov alternativ təklif də verib: “Bununla belə, UEFA axmaq bir qərar verərsə, matçın Bolqarıstanda keçirilməsini təklif edirəm. Burqas və Razqradda "Qarabağ" - "Mölde" matçına ev sahibliyi edə biləcək möhtəşəm stadionlar var. Sizi əmin edirəm ki, Azərbaycan çempionu özünü evindəki kimi hiss edəcək. "Mölde" isə dəqiq təzyiq hiss edəcək - hətta matç boş tribunalarla önündə keçirilsə belə. "Qarabağ"a uğurlar arzulayıram. Bu görüş harada olursa-olsun, Azərbaycan çempionuna azarkeşlik edəcəm".

 

Xatırladaq ki, püşkə əsasən "Qarabağ" - "Mölde" oyunu sentyabrın 16-da Bakıda keçirilməlidi. 

 

 

 

CEYHUN ƏLİYEV

 

football24
29 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB