TOP 10

“Qarabağ” - “Molde” cütünün potensial rəqibi məlum oldu

Futbol
Tarix: 2020-09-01 14:12

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılır. Sport24.az xəbər verir ki, püşkatma nəticəsində "Qarabağ"ın növbəti mərhələdəki potensial rəqibi də bəlli olub. 
 

Ağdam təmsilçisi 3-cü təsnifat mərhələsində Norveçin "Molde" klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə, budəfəki püşkdə səpələnməmişlər səbətində yer alacaq.


Bu isə o deməkdir ki, Azərbaycan çempionu növbəti raundda reytinqcə daha güclü komandalardan biri ilə üz-üzə gələcəkdi. Rəqib “Ferentsvaroş” (Macarıstan) - “Dinamo” (Zaqreb, Xorvatiya) cütünün qalibi olacaq. Püşkə əsasən "Qarabağ"ın cütü ilk matçda meydan sahibi olacaq.

 

Pley-off mərhələsinin ilk matçları 22 - 23 sentyabr, cavab qarşılaşmaları idə 29 -30 sentyabr tarixlərində oynanılacaq.



Qeyd edək ki, "Qarabağ" - "Molde" oyunu sentyabrın 16-da Bakıda keçiriləcək.


 

football24
30 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB