TOP 10

Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin bütün cütləri

Dünya Futbolu
Tarix: 2020-08-31 14:18

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb. Sport24.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasiminə saat 14:00-da start verilib.
 

Püşkatmada Azərbaycanın turnirdəki yeganə təmsilçisi “Qarabağ”ın da rəqibi məlum olub. Ağdam klubu Norveç “Molde”si ilə rəqib olub. Azərbaycan çempionu növbəti rəqibini də doğma meydanda qəbul edəcək.


3-cü təsnifat mərhələsinin oyunları sentyabrın 15-16-da baş tutacaq.


UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsi


Ferentsvaroş (Macarıstan) - Dinamo (Zaqreb, Xorvatiya)
Qarabağ (Azərbaycan) - Molde (Norveç)
Omoniya (Kipr) - Srvena Zvezda (Serbiya)
Midtyulland (Danimarka) - Yanq Boyz (İsveçrə)
Makkabi (Təl-Əviv, İsrail) - Dinamo (Brest, Belarus)
PAOK (Yunanıstan) - Benfika (Portuqaliya)
Dinamo (Kiyev, Ukrayna) - Alkmaar (Niderland)
Gent (Belçika) - Rapid (Vyana, Avstriya)

football24
30 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB