TOP 10

"Sumqayıt" yeni "ulduz" tapdı: Rusiya - Portuqaliya - Azərbaycan

Futbol
Tarix: 2020-08-30 13:30

"Sumqayıt" bugünlərdə 19 yaşlı azərbaycanlı futbolçu ilə müqavilə imzalayacaq. Sport24.az-ın əldə etdiyi məlumata görə, "kimyaçılar" Hüseyn Cəfərovu rənglərinə bağlayacaqlar.

 

Mərkəz yarımmüdafiəçisi olan Hüseyn Sankt-Peterburq futbolunun yetirməsidir. O, keçən il "Rubin"də baxışda olub və rus həmkarlarımızın fikrincə, çox yaxşı təsir bağışlayıb. Cəfərovun Kazan təmsilçisinə hansı səbəbdən yaramadığını söyləməkdə çətinlik çəkirik. Bununla belə, Hüseyn Portuqaliyada özünə klub tapıb. Belə ki, futbolçu ötən mövsümü "Uniao Leyria"da keçirib.

 

Maraqlıdı ki, yarımmüdafiəçi bir həftədən çoxdur baxışdadı. "Sumqayıt"ın məşqçilər korpusu 19 yaşlı futbolçunun oyunundan razı qalıb və gələn həftə onunla rəsmi müqavilə imzalanacaq.

 

 

football24
30 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB