TOP 10

“Keşlə” penaltilərlə mübarizəni dayandırdı

Futbol
Tarix: 2020-08-27 23:45

Futbol üzrə Avropa Liqasında 1-ci təsnifat mərhələsinin oyunları keçirilir. Sport24.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil etmək hüququ qazanan “Keşlə” də bu gün növbəti avrokubok matçına çıxıb.


“Xəzər Universiteti” və “İnter” kimi Avropa həyəcanı yaşamış paytaxt klubu, yeni adla qitə səhnəsinə ilk dəfə çıxıb. Yunis Hüseynovun çalışdırdığı kollektiv doğma meydanda Albaniya “Laçi”sini sınağa çəkib. Azarkeşsiz və bir oyundan ibarət duelin qalibi Bakıdakı “ASK Arena”da müəyyənləşib. Əsas vaxtda hesab açılmayıb. Halbuki, rəqibin azlıqda qalması “Keşlə” üçün əla fürsət də yaradıb. Amma bu şansdan yararlanmayan təmsilçimiz əlavə vaxtda da rəqibin qapısına yol tapa bilməyib. Bu azmış kimi, “Keşlə” də 10 nəfərlə qalıb. Qalibin adına penaltilər seriyasında aydınlıq gəlib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən Albaniya təmsilçisi mərhələ adlayan tərəf olub.


Avropa Liqası
1-ci təsnifat mərhələsi

27 avqust


Keşlə – Laçi 0:0 (penaltilər 4:5)
Qırmızı vərəqə: Ş.Əliyev, 112 – L.Ramos, 72.
Hakimlər: Qoqa Kikaçeyşvili, Davit Qabisoniya, Davit Axvlediani, İrakli Kvirikaşvili (hamısı Gürcüstan).
Bakı. “ASK Arena”.


Penalti seriyası:

Nvabueze, 0:1
Klots, 1:1
Luşkya, 1:2
Silvio, 2:2
Rapo, 2:3
Axundov, 3:3
Mazrekay, 3:4
Hacıyev, 4:4
İqnatoviç, 4:5
Qırtımov, 4:5


Keşlə: 1. Stanislav Namaşko, 2. İlkin Qırtımov (k), 4. Şəhriyar Əliyev, 7. Rəhman Hacıyev, 17. Vüsal İsgəndərli, 19. Azər Salahlı, 21. Miyuşko Boyoviç, 23. Artur Batista, 25. Con Kamara, 42. Aleksandr Kristovao, 48. Dmitri Klots.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 8. Tural Axundov, 10. Cavid İmamverdiyev, 11. Silvio, 14. Turan Vəlizadə, 18. Ruslan Əmircanov.
Baş məşqçi: Yunis Hüseynov.
Laçi: 31. Alen Şerri, 7. Redon Cica, 8. Lukas Ramos, 9. Kirian Nvabueze, 10. Reqi Luşkya, 11. Rudolf Turkay, 21. Ardit Deliu, 22. Albion Marku, 55. Aleksandr İqnatoviç, 66. Adolf Selmani, 95. Teko.
Ehtiyat oyunçular: 1. Edmir Sali, 13. Renato Maleta, 14. Mentor Mazrekay, 18. Dorian Kerçiku, 23. Donald Rapo, 24. Endrit Marku, 77. Kleydi Rapo.
Baş məşqçi: Armando Kunqu.

football24
30 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB