TOP 10

"Neftçi" "Şkupi"ni keçdi

Futbol
Tarix: 2020-08-27 21:50

Futbol üzrə Avropa Liqasında 1-ci təsnifat mərhələsinin oyunları keçirilir. Sport24.az xəbər verir ki, Azərbaycanın ən titullu klubu “Neftçi” də bu gün avrokuboklarda növbəti mövsümə start verib.


Premyer Liqamızın vitse-çempionu ilk sınağında Şimali Makedoniyanın “Şkupi” klubu ilə üz-üzə gəlib. Paytaxt təmsilçisi bir oyundan ibarət mərhələnin yeganə matçını evdə keçirib.


Bu, baş məşqçi Füzuli Məmmədovun avrokuboklarda debütü olub. Gənc çalışdırıcı ilə məğlubiyyət acısı yaşamayan “Neftçi” mərhələni adlamaq üçün meydana çıxıb. “Ağ-qaralar” çətin qələbə sayəsində növbəti mərhələyə vəsiqə qazanıblar.


Avropa Liqası
1-ci təsnifat mərhələsi

27 avqust


Neftçi – Şkupi 2:1
Qol: S.Buqrin, 66. A.Krivotsyuk, 88 – D.Darbo, 90+3.
Qırmızı vərəqə: U.Qudyabi, 70.
Hakimlər: Aleksandr Qolubev, Raymond Tatrik, Yevgeni Morozov, Artis Kenin (hamısı Latviya).
Bakı. “Bakcell Arena”.


Neftçi: 30. Aqil Məmmədov, 2. Cabir Əmirli, 3. Mamadu Mbodj, 5. Anton Krivotsyuk, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 24. Yusuf Laval, 28. Stiven Monroz, 29. Sabir Buqrin, 36. Mamadu Kane, 91. Tallison.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 6. Voyislav Stankoviç, 10. Saman Nərimancahan, 19. Fəhmin Muradbəyli, 22. Mirabdulla Abbasov, 26. Ömər Buludov, 27. Fərid Yusifli.
Baş məşqçi: Füzuli Məmmədov.
Şkupi: 1. Kristian Naumoski, 3. Darko Qlişiç, 5. Lamin Dyak, 10. Besar İseni (k), 11. İlirid Ademi, 16. Besart Krivanyeva, 19. Umar Qudyabi, 20. Dembo Darbo, 21. Sabit Bilalli, 22. Filip Qliqorov, 33. Byanor.
Ehtiyat oyunçular: 12. Artan İlyazi, 4. Ardit İlyazi, 7. Yakup Berişa, 8. Faton Yusufi, 14. Freddi Alvares, 23. Ramin Aliyi, 30. Fırat Güllü.
Məşqçi: Vlatko Kolev.

football24
29 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB