TOP 10

“Qarabağ” yeni mövsümə qələbə ilə başladı

Futbol
Tarix: 2020-08-22 21:52

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 1-ci turun daha bir oyunu keçirilib. Sport24.az xəbər verir ki, Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən son ölkə çempionu “Qarabağ” “Sabah”ı qəbul edib. 
 

Ağdam klubu bu oyundan inamlı qələbə ilə ayrılmaqla yeni mövsümə də 3 xalla başlayıb.


Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünə dünən start verilib. Açılış oyununda "Keşlə" səfərdə "Sumqayıt"ı 1:0 məğlub edibsə, "Neftçi" evdə "Səbail"dən üstün olub – 2:1. Tura sabah keçiriləcək "Qəbələ" - "Zirə" matçı ilə yekun vurulacaq.


Azərbaycan Premyer Liqası
1-ci tur

22 avqust


Qarabağ - Sabah 2:0
Qol: M.Emreli, 45; 68.
Hakimlər: Rəhim Həsənov, Cəmil Quliyev, Eyyub İbrahimov, Rauf Allahverdiyev.
Bakı. “Azersun Arena”.


Qarabağ: 12. Emil Balayev, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 9. Xayme Romero, 7. Kvabena Ovusu, 8. Uroş Matiç, 77. Donald Gerye, 81. Kevin Medina, 18. İsmayıl İbrahimli.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 94. Ayhan Arazlı, 30. Abbas Hüseynov, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 66. Cavid Bayramov, 24. Nihad Tamazov, 21. Rauf Hüseynli.
Baş məşqçi: Qurban Qurbanov.
Sabah: 1. Saşa Stamenkoviç (k), 19. Təmkin Xəlilzadə, 7. Coşqun Diniyev, 4. Bəhlul Mustafazadə, 90. Ramil Şeydayev, 14. Slavik Alxasov, 30. Mario Marina, 5. Nikola Vuyadinoviç, 11. Ozan Can Kökcü, 2. Amin Seydiyev, 29. Ceyhun Nuriyev.
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 17. Məhəmməd Mirzəbəyov, 13. Filip İvanoviç, 28. Kevin Kubemba, 10. Yevgeni Koçuk, 18. Xulio Sezar Rodriqes, 60. Abbas Ağazadə, 38. Arsen Ağcabəyov, 66. Abdulax Xaibulayev, 33. Camal Cəfərov.
Baş məşqçi: Visente Qomes.

football24
29 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB