TOP 10

"Qarabağ" yenə "Şerif"lə qarşılaşacaq

Futbol
Tarix: 2020-08-19 23:50

"Qarabağ"ın Çempionlar Liqasının (ÇL) II təsnifat mərhələsində rəqibi müəyyənləşib. Sport24.az xəbər verir ki, bu, Moldovanın "Şerif" klubu olub.

 

Tiraspol təmsilçisi I təsnifat mərhələsində az öncə yekunlaşan görüşdə Lüksemburqun "Fola" klubunu evdə 2:0 hesabıyla məğlub edərək buna nail olub.

 

Bununla da "Şerif" 3-cü dəfə "Qarabağ"la avrokuboklarda görüşəcək. Əvvəlki 2 duel ardıcıl 2 mövsüm - 2017/18 və 2018/19-də olub. "Qarabağ" məhz Roberto Bordinli "Şerif"i keçərək (evdə 0:0, səfərdə 2:1) ÇL-də ilk dəfə pley-offa yüksəlmişdi.

 

Bundan 1 il sonra komandalar Avropa Liqasının pley-off mərhələsində rəqib oldu. Tiraspolda 0:1 hesabıyla uduzan Qurban Qurbanovun yetirmələri evdə bunun əvəzini böyükhesablı qələbəylə (3:0) çıxaraq Avropa Liqasının qrupuna düşdü.

 

Qeyd edək ki, "Qarabağ"la "Şerif" avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da görüşəcək.

football24
30 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB