TOP 10

İslamiadanın qalibi olan idmançımız 2 illik cəzalandırıldı

İslamiada
Tarix: 2020-08-13 15:28

Azərbaycan taekvondoçusu Ramin Əzizov 24 aylıq diskvalifikasiyaya məruz qalıb. Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) mətbuat xidmətindən Sport24.az-a verilən məlumata görə, buna idmançının orqanizmindən istifadəsi qadağan edilmiş kannabinoidlər və Carboxy-THC maddəsi tapılması səbəb olub. 

 

İdmançıdan alınmış nümunədə qadağan edilmiş maddə və ya onun metabolit yaxud markerlərinin mövcudluğu təsbit edilib. Fevralın 25-dən qüvvəyə minmiş cəza 25 fevral 2022-ci ildə başa çatacaq. 

 

Əzizov (80 kq) 2017-ci ildə Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarının qalibi olub. Əzizov 2012-ci ildə Böyük Britaniyanın Mançester şəhərindəki Avropa çempionatında gümüş, 2014-cü ildə Bakıdakı eyni yarışda bürünc medal əldə edib. O, 2014-cü ildə Cənubi Koreyadakı dünya çempionatında bürünc medal qazanıb. 

 

Xatırladaq ki, AMADA daha öncə cüdoçu Könül Əliyevanı dopinqə görə bir illik cəzalandırıb. 

football24
25 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB