TOP 10

Sabah Bakıda 2 yoxlama matçı keçiriləcək

Futbol
Tarix: 2020-08-13 15:02

Sabah Bakıda iki yoxlama matçı keçiriləcək. Sport24.az xəbər verir ki, ilk olaraq "Keşlə"nin "Səbail"i görüşü başlayacaq. Bakı Olimpiya Stadionunun ehtiyat meydançasındakı oyunun start fiti saat 18:00-da veriləcək.

 

Bundan 2 saat sonra isə "Bakcell Arena"da "Neftçi" - "Qəbələ" qarşılaşması keçiriləcək. Bununla da adıçəkilən komandalar yeni çempionat öncəsi yoxlama matçlarını başa vuracaqlar. İlk tur 3 gündə - avqustun 21-23-ü aralığında baş tutacaq. 

 

Xatırladaq ki, "Neftçi" hazırkı rəqibiylə Qəbələdəki təlim-məşq toplanışında qüvvəsini sınamayıb. "Keşlə" i "Səbail"in ordakı görüşü isə Avroliqa təmsilçimizin 2:0 hesablı qələbəsiylə yekunlaşıb. 

football24
25 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB