TOP 10

"Səbail" üçün Milad - Şeyx 3 təyyarə dəyişəcək

Futbol
Tarix: 2020-08-13 13:24

"Səbail" iranlı legionerlə danışıqlar aparır. Sport24.az-ın əldə etdiyi məlumata görə, "dənizçilər" Milad Şeyx Süleymani ilə müqavilə bağlamağa yaxındı.


28 yaşlı mərkəz müdafiəçi İranın yüksək liqa təmsilçisi "Peykan"da oynayır. Klub yüksək liqada qalmaq uğrunda mübarizə aparır. Məhz bu səbəbdən "Peykan" Miladın mövsümün sonuna qədər buraxılmasına imtina edib. İran çempionatında son tur avqustun 20-dədir. Yalnız bundan sonra Süleymani Vətənini tərk edə biləcək. Futbolçunun "Peykan"la müqaviləsi avqustun 30-da başa çatır.


Maraqlıdı ki, İranla Azərbaycan arasındakı sərhəd bağlıdı. Bu səbəbdən Milad Bakıya gəlmək üçün uzun yol qət edərək 3 təyyarə dəyişməli olacaq. O, əvvəlcə Dubaya, sonra İstanbula yollanacaq və yalnız İstanbul-Bakı reysilə Azərbaycanın paytaxtına gələcək. Bu üzdən "Səbail" avqustun 21-də başlayan Azərbaycan Premyer Liqasının ilk turunda Süleymaninin xidmətlərindən istifadə edə bilməyəcək.

 

football24
26 Sentyabr 2020
25 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB