TOP 10

Bakıya 4-cü dəfə yolçu olan - onun idarə etdiyi matçlarda mərhələ adlayırıq...

Futbol
Tarix: 2020-08-13 15:51

Çempionlar Liqasının (ÇL) I təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "Sileks" matçının baş hakimi olacaq Yaroslav Kozık daha öncə də Azərbaycan klublarının oyunlarına təyinat alıb. Sport24.az xəbər verir ki, 39 yaşlı ukraynalı FİFA referisi 2015/16 mövsümündə Avropa liqasının II təsnifat mərhələsində "İnter" - "Hafnarfyordur" (İslandiya) matçının baş hakimi olub. 2:2 hesabı ilə başa çatan həmin cavab görüşündə Bakı təmsilçisi növbəti mərhələyə vəsiqə qazanıb.

 

Kozık Bakıya növbəti səfəri 2016/17 mövsümündə olub. Ukraynalı ədalət təmsilçisi Avropa Liqasının I təsnifat mərhələsində "Neftçi"nin "Bakcell Arena"da Maltanın "Baltsan" klubuna 1:2 hesabı ilə uduzduğu görüşü idarə edib. Lakin "ağ-qaralar" səfərdəki  ilk oyundakı 2:0 hesablı qələbə sayəsində mərhələ adlayıb.

 

FIFA referisi 2019/20 mövsümündə "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Sevilya" ilə oyununa təyinat alıb. O, Ağdam klubunun Tofiq Bəhramov adına Respublika stadionunda 0:3 hesabı ilə uduzduğu matçda dördüncü hakim olub. Göründüyü kimi, o, 4-cü dəfə Bakıya gələcək və bu dəfə mərkəzi arenamıza baş hakim kimi çıxacaq. 

 

28 beynəlxalq oyun idarə edən Kozık ilk dəfə ÇL qarşılaşmasına təyinat alıb.

 

football24
25 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB