TOP 10

PFL rəsmisi Əsasnaməyə əlavə hazırlanmasından söz açdı: "İlk dəfə stadionlarımız zonalara bölünəcək"

Futbol
Tarix: 2020-08-12 16:50

Azərbaycan Premyer Liqasının 2020/21 mövsümündə koronavirusa görə bəzi qaydalar tətbiq ediləcək. Sport24.az xəbər verir ki, bu barədə çempionatın püşkatma mərasimində Peşəkar Futbol Liqasının Texniki-İdman departamentinin rəhbəri Elgiz Abbasov deyib.

 

Qurum rəsmisi yeni mövsüm barədə bəzi məlumatlar verib: “Bu mövsüm Əsasnamə ilə yanaşı, ona əlavə də yazacağıq. Pandemiya ilə əlaqəli qaydalar əlavədə qeyd olunacaq. Əlavəni yazarkən Avropa Peşəkar Futbol Liqaları ilə qarşılıqlı təcrübədən, beynəlxalq qaydalardan yararlanmışıq. İlk dəfə olaraq stadionlarımız zonalaya bölünəcək. Əsasnaməyə əlavə tam hazır olan, təsdiqlənən kimi bu barədə bütün ictimaiyyət, mətbuat ətralı məlumatlandırılacaq. Pandemiya dövründə hər şey Əsasnaməyə əlavə ilə müəyyənləşəcək". 

 

Xatırladaq ki, yeni çempionat avqustun 21-də başlayacaq. 

football24
25 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB