TOP 10

“Xetaqurovu unutmağımız qeyri-mümkündü” - AFFA-dan cavab

Futbol
Tarix: 2020-08-13 10:37

Dünən ölkəmizin ən nüfuzlu və tanınmış futbol həkimi Boris Xetaqurovun 80 yaşı tamam oldu. Maraqlıdır, daim futbol adamlarını AFFA-ya dəvət edərək, yubilyarları təbrik edən assosiasiya bu dəfə ağsaqqal həkimi niyə diqqətdən kənarda saxlayıb? Sport24.az bu suala aydınlıq gətirmək üçün AFFA-nın informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Firuz Abdullaya müraciət etdi.

 

Həmsöhbətimiz Xetaqurovu unutmadıqlqrını, lakin obyektiv səbəbdən müəyyən çərçivə formasında bunu həyata keçirdiklərini dilə gətirdi:

 

"Boris Xetaqurovun yubileyini unuda bilməzdik. Dünən AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Boris Naneyeviçlə telefon əlaqəsi saxlayıb, assosiasiya adından ona təbrikləri çatdırıb. Məmmədov yubilyara milli komandanın forması və AFFA-nın digər simvolikalarını əks etdirən hədiyyələrin olduğunu, lakin karantin qaydalarına əsasən, nisbətən yaşlı insanların gediş-gəlişi bir qədər problemli olması səbəbindən onu inzibati binaya dəvət edə bilmədiklərini diqqətinə çatdırıb. Xetaqurova hədiyyələri yaşadığı ünvana çatdırmaq təklif olunub. Futbol həkimimiz hazırda Bakıkənarı bağında olduğunu bildirərək, qarşıdakı günlərdə evə qayıtdıqdan sonra AFFA-yla əlaqə saxlayacağını bildirib. Bundan sonra Boris Naneyeviçin hədiyyələri ünvanına çatdırılacaq. Bir daha təkrar edirəm, Xetaqurovu unutmağımız qeyri-mümkündü”.

football24
26 Sentyabr 2020
25 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB