TOP 10

Qoran Simov: "Futbolçulara "Qarabağ" barədə düşünməyi qadağan etmişəm"

Futbol
Tarix: 2020-08-13 10:18

"Hazırda bütün fikrimiz "Pelister"lə matça yönəlib. Kratovoda oynayacağıq, ilk turda "Belasitsa"nı 6:0 hesabı ilə məğlub etmişik. Növbəti matçda da 3 xalı düşünəcəyik". Sport24.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi Şimali Makedoniyanın "Sileks" klubunun baş məşqçisi Qoran Simov bildirib.

 

45 yaşlı mütəxəssis Ağdam təmsilçisi ilə görüş barədə danışmaq istəməyib. Serbiyalı baş məşqçi şənbə gününə qədər futbolçulara "Qarabağ" barədə düşünməyi qadağan etdiyini də diqqətə çatdırıb.

 

Qeyd edək ki, "Qarabağ" - "Sileks" oyunu avqustun 18-də Bakıda saat 20:00-da başlayacaq. Bu cütün qalibi II təsnifat mərhələsində Şerif" (Moldova) - "Fola" (Lüksemburq) cütünün qalibi ilə görüşəcək.

football24
26 Sentyabr 2020
25 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB