TOP 10

Super Liqa klubunda bir transfer, bir ayrılıq

Dünya Futbolu
Tarix: 2020-08-13 09:28

Türkiyənin “Qaziantep” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, Super Liqa təmsilçisi Polşanın “Poqon” klubundan Zvonimir Kozulu transfer edib.
 

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bosniya və Herseqovinadan olan futbolçu ilə 2 illik müqavilə imzalanıb.


26 yaşlı yarımmüdafiəçi karyerası ərzində “Şiroki Briyer”, “Vitez”, “Branitel”, “Hayduk” (Split) klublarında da forma geyinib. O, 2018-ci ildən “Poqon”un uğurları üçün çalışırdı.


“Qaziantep” ötən mövsümün əvvəlində “Başakşəhər”dən bir illik icarəyə götürdüyü Muhammet Demir ilə də yollarını ayırdığını açıqlayıb. Klub 28 yaşlı hücumçuya xidmətlərinə görə təşəkkür edib.

football24
26 Sentyabr 2020
25 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB