TOP 10

Canni de Byazi mükəmməl saydığı azərbaycanlı tərcüməçisinə güvənir: “Mənim komandamda mən yoxdu, biz varıq”

Futbol
Tarix: 2020-08-12 23:32

“3 il işsiz qalmağım  öz seçimim idi. 2 dəfə SPAL və adını çəkmək istəmədiyim daha bir neçə İtaliya klubundan təklif almışdım. Lakin şərtlər istədiyim kimi olmamışdı. Xoşuma gəlməyən yerdə işləmək ürəyimcə deyil. Heç vaxt işlədiyim yerdən qovulmamışam. Qələbə qqzanmaqdan xoşum gəlir”. Sport24.az xəbər verir ki, bu sözləri "CBC Sport" kanalında yayımlanan “Təkbətək” proqramında Rüstəm Əfsərlinin suallarını cavablandırarkən milli komandamızın baş məşqçisi Canni De Byazi deyib.

 

İtaliyalı mütəxəssis qeyd edib ki, yığmamızda dil baxımından problem yaşamayacaq: “Azərbaycan millisində dil, ünsiyyət çətinliyimiz olmayacaq. Bunlar öhdəsindən gələcəyimiz şeylərdi. İtaliyada yaşamış mükəmməl azərbaycanlı tərcüməçim var. O, mənə çox kömək olacaq. Onsuz da futbolun dili birdi: top və meydan”.

 

De Byazi futbolçulardan tələbi haqda da söz açıb: “Əsas məsələ mənim nə istədiyimi futbolçularıma çatdıra bilməyimdi. Mən onlardan nə istəyə bilərəm ki? Maksimal əzmkarlıq, istək, özünü hamıdan yüksəkdə tutaraq problem yaratmamaq. Mənim komandamda mən yoxdu, biz varıq. Mən oynayıram, mən qələbə qazanıram yox, biz oynayırıq, biz qələbə qazanırıq. Bu mentaliteti indidən növbəti oyunlar üçün futbolçulara aşılamalıyam”.

football24
26 Sentyabr 2020
25 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB