TOP 10

“Bordinin "Neftçi"də işləməsindən xəbərdaram, italyanam, indi sizə hər şeyi öyrədəcəm deyə bilməzsən”

Futbol
Tarix: 2020-08-12 23:46

Milli komandamızın yeni baş məşqçisi Canni De Byazi həmyerlisi, “Neftçi”nin sabiq baş məşqçisi Roberto Bordinin ölkəmizdə çalışmasından xəbərdadı. Sport24.az xəbər verir ki, bu haqda De Byazi "CBC Sport" kanalında yayımlanan “Təkbətək” proqramında danışıb: “Bordini tanıyıram, “Neftçi”də işləyib. Bəzən istədiyini həyata keçirmək üçün ixtiyarında lazımi şərait olmur. Xaricdə işləmək üçün ağıllı, xarakter mənasında elastik olmalısan. Çalışdırdığın komanmdanın, həmin ölkənin, xalqın fəlsəfəsinin dərinliyini anlamalısan. Mən italyanam, indi sizə hər şeyi öyrədəcəm deyə bilməzsən. Ağılı olmaq, əlindəki futbolçuların potensialını açmaq üçün çalışmalısan”.

 

football24
26 Sentyabr 2020
25 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB