TOP 10

Millimizin yeni baş məşqçisi: "Gözəl oyundan çox nəticə qazanmaq haqda düşünən məşqçiyəm"

Futbol
Tarix: 2020-08-12 22:44

“Albaniya mənim üçün ölkə xaricində ilk təcrübələrdən biri idi. Özü də elə ölkə idi ki, Avropa çempionatına getmək ağıllarından da keçmirdi. Amma həyatda belə şeylərə inanmaq, ümidlə yaşamaq lazımdı. İnanmasan, heç nə bacarmayacaqsan. İlk növbədə qalib psixologiyası formalaşdırmalıyıq. Qarşımıza qoyduğumuz məqsədlərə çatmaq üçün var gücümüzlə çalışmalıyıq. Əvvəlcə daxilimizdəki o gücü tapmalı və sonra meydana daşımalıyıq” Sport24.az xəbər verir ki, bu sözləri "CBC Sport" kanalında yayımlanan “Təkbətək” proqramında milli komandamızın baş məşqçisi Canni de Byazi deyib.

 

İtaliyalı mütəxəssis söyləyib ki, onun üçün yaxşı nəticə gözəl oyundan daha vacibdir: “Albaniyada millisində işləyəndə məni də tənqid edirdilər. Düşünürdülər ki, müdafiə futbolu oynadıram. Amma biz qapımızda gördüyümüzdən daha çox qol vururduq. Bu vacib idi. Məğlubiyyətdən çox, qələbə qazanırdıq. Bu daha da vacib idi. Amma ən əsas məsələ o idi ki, biz qarşımıza qoyduğumuz məqsədə çatdıq. Gözəl oyundan çox nəticə qazanmaq haqda düşünən məşqçiyəm. Hamıdan gözəl oynayıb. 0:1, 0:2 hesabı ilə uduzmnaq mənə maraqlı deyil. Gözəl futbolun əleyhinə deyiləm. Amma əsas olan qələbə qazanmağa kömək edən vasitələri aşkarlamaqdır”.

 

O bildirib ki, futbolçularının istəkli olması çox vacibdir: “Mənim düşüncəmə görə, təcrübə ilə yanaşı. istək də olmalıdı. Bu, vacibdi. Kifayətlənmək olmaz. 20-30 yaşda hər şeyə nail olduğunu düşünsən, bu, sonun başlanğıcı olacaq”.

football24
26 Sentyabr 2020
25 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB