TOP 10

“Azərbaycan millisinin Lüksemburqla oyununa Çempionlar Liqasının finalına hazırlaşdığımız kimi hazırlaşacağıq”

Futbol
Tarix: 2020-08-12 22:18

Milli komandamızın baş məşqçisi Canni De Byazi Millətlər Liqasının ilk turunda Lüksemburqa qarşı keçiriləcək oyun haqda danışıb. Sport24.az xəbər verir ki, "CBC Spor"da “Təkbətək” proqramında qonaq olan De Byazi bildirib ki, vaxt azlığını ciddi problem hesab etmir: “Vaxt azlığı problemdi. Amma bunun üzərində çox dayanmaq istəmirəm. Bəli, daha əvvəl məşq etmək imkanımız olmayıb. Amma bu, mənə maraqlı deyil. Qarşılaşmaya hazırlaşmaq üçün 6-8 günümüz olacaq. Təlim-məşq toplanışına yığışacağıq, işləyəcəyik və Lüksemburqu məğlub etməyə çalışacağıq”.

 

İtaliyalı mütəxəssis qeyd edib ki, rəqibin heyətində maraqlı futbolçular var: “Lüksemburqun adı möhkəmdən gəlmir. Lakin heyətlərində maraqlı futbolçuları var, uzun ilərdi birgə oynayırlar. Baş məşqçilər də xeyli vaxtdır komandadır. Bu görüşə Çempionlar Liqasının finalına hazırlaşdığımız kimi hazırlaşacağıq”.

 

football24
26 Sentyabr 2020
25 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB