TOP 10

“Yuventus”da ayrılıq

Dünya Futbolu
Tarix: 2020-08-12 21:25

İtaliya çempionu “Yuventus” fransız yarımmüdafiəçisi Blez Matuidi ilə yollarını ayırıb. Sport24.az xəbər verir ki, bu barədə Turin klubunun rəsmi saytı məlumat yayıb.


33 yaşlı futbolçunun 2021-ci ilin yayına qədər olan müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib. Xidmətlərinə görə fransız yarımmüdafiəçiyə təşəkkür edən klub ona gələcək karyerasında uğurlar arzulayıb. 


Qeyd edək ki, 2017-ci ilin yayında Fransa PSJ-sindən "Yuventus"a keçən Matuidinin İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhemin sahibi olduğu ABŞ-ın "İnter Mayami" komandasına transfer olacağı gözlənilir.


Fransa millisinin də üzvü olan təcrübəli futbolçu 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatının qalibi olub.

football24
26 Sentyabr 2020
25 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB