TOP 10

Canni de Byazi Elxan Məmmədovla tanışlığından söz açdı: "İnformasiya mənasında Aqollidən eşitdiklərim mənim üçün çox faydalı oldu”

Futbol
Tarix: 2020-08-12 21:18

“Bakıda ilk dəfə 5-6 il əvvəl olmuşam. “Qarabağ”ın oyununa baxmaq üçün gəlmişdim. Həmin vaxt Albaniya millisində rəhbərliyim altında çıxış edən Ansi Aqolli və Admir Telli “Qarabağ”da çıxış edirdilər. Həmin vaxt anladım ki, Bakı gözəl şəhərdi, yaşamaq üçün hər cür şərait var. Şəhər məni təsirləndirdi”. Sport24.az xəbər verir ki, bu sözləri "CBC Sport" kanalında yayımlanan “Təkbətək” proqramında Rüstəm Əfsərlinin suallarını cavablandırarkən milli komandamızın baş məşqçisi Canni De Byazi deyib.

 

İtaliyalı mütəxəssis qeyd edib ki, Azərbaycan millisinin son oyunlarının hamısını izləyib: “Bakıya gəldikdən sonra “Sabah” - “Qəbələ” və “Qarabağ” - “Sabah” oyunlarına baxdım. Ümumiyyətlə, köməkçilərilə birgə Azərbaycan millisinin son zamanlardakı bütün oyunlarını izləmişik, hərtərəfli analiz etmişik. İndi komandanı anlamağa ehtiyac var. “Qarabağ” - “Sabah” görüşü çox maraqlı keçdi və hər iki tərəf yaxşı futbol sərgilədi”.

 

De Byazi bildirib ki, Azərbaycan millisindən təklif aldıqdan sonra ilk olaraq sabiq futbolçusu Ansi Aqolli ilə bu haqda müzakirə aparıb:“İlk növbədə onu deyim ki, Elxan Məmmədovla bir neçə ilə əvvəl Parisdə tanış olmuşuq. Bir-birimizi gözəl başa düşdük. O zaman mən Albaniya yığmasını çalışdırırdım. Azərbaycan millisindən təklif gələn kimi Ansi ilə danışdıq, o mənə oğlum kimi yaxındı. Azərbaycan reallıqlarından çox söhbət açdı. 9 il oynadığı üçün Azərbaycan futboluna çox yaxşı bələddir. İnformasiya mənasında Aqollidən eşitdiklərim mənim üçün çox faydalı oldu”.


 

 

football24
26 Sentyabr 2020
25 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB