TOP 10

Kamal Bayramov yeni klubunu açıqladı: "Avroliqa təmsilçisi üçün ordan gələn təklifi dəyərləndirdim"

Futbol
Tarix: 2020-08-12 17:48

"Səbail"dən gedən qapıçı Kamal Bayramovun yeni klubu müəyyənləşib. Bayramov Sport24.az-a açıqlamasında karyerasını digər paytaxt təmsilçisi "Keşlə"də davam etdirəcəyini, sabah müqaviləylə bağlı bütün detalların aydınlaşacağını bildirib: "Səbail"də şükür Allaha, heç bir problemim yox idi. Klub rəhbərliyi, məşqçilərlə münasibətlərim qaydasında idi. Sadəcə, "Keşlə"dən təklif gəldi və Avroliqada oynayacağını üstün götürərək ora getdim. Klub dəyişməyinə əsas səbəb bu oldu, başqa heç bir şey. Bəli, "Səbail"lə başa çatan müqaviləmi uzatmışdım. Bu təklifdən sonra klubla danışdım. Sağ olsun rəhbərlik də, baş məşqçi də, qərarımı anlayışla qəbul etdilər və anlaşmanı qarşılıqlı razılıqla pozduq. Onu da bildirim ki, "Keşlə"dən baş məşqçi Tərlan Əhmədovun gedişindən sonra təklif aldım". 

 

Yeni klubuylla 1 illik müqavilə imzalayacaq Kamal "Səbail"in Qəbələdəki təlim-məşq toplanışını buraxıb ki, bunu baş məşqçi Aftandil Hacıyev futbolçunun ailə problemi səbəbindən olduğunu bildirmişdi: "Bəli, ailəmdə problemlər var idi. Ona görə 15 günlük toplanışa qatılmadım. Məlumdu ki, keçən mövsüm karantinə qədər ağır zədə üzündən əməliyyat olundum. Əməliyyatımın 4-cü ayından sonra məşqlərə başlamışdım, indi 6-7-ci ayıdı. Virusla bağlı çempionat dayandırıldığı deyə hamı məşqlərə ara verdi. Fərdi məşqlər edirdim, hər şey qaydasında idi. Yalnız Qəbələ hazırlığını buraxmışam. İnşallah, bu 15-20 günlük boşluğu da yaxın günlərdə aradan qaldıracam".

 

Bildiyiniz kimi, "Keşlə"nin əsas qapıçısı ötən çempionatı əvəzolunmadan keçirən, hazırda Premyer Liqamızda ən yaxşı qolkiperlərdən olan Stanislav Namaşkodu. 35 yaşlı Bayramov moldovalı həmkarını əvvəldən yaxşı tanıdığını xatırladıb: "Mənə Namaşkoyla bağlı narahat edən bir şey yoxdu. Tanıdığım qapıçıdı, bir yerdə də oynamışıq. Bu, AZAL-da olub. Həqiqətən yaxşı, çempionatımıza görə səviyyəli qapıçıdı. Rəqabətin olmağı həm onun, həm mənim, ilk növbədə də klub üçün çox yaxşıdı".

 

 

 

 

MEHMAN SÜLEYMANOV

football24
26 Sentyabr 2020
25 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB