TOP 10

Azərbaycan çempionatında yoluxma olarsa, hansı qərar veriləcək?: "Bunun heç birini kefdən eləmirik"

Futbol
Tarix: 2020-08-12 17:21

"Hansısa komandada yoluxma olmasını istəməzdik". Sport24.az xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünün püşkatma mərasimində deyib.

 

O bildirib ki, belə bir hal baş verərsə, çempionatla bağlı daha üst qurumların qərar və tövsiyələrinə əməl edəcəklər. Musayevin sözlərinə görə, bu, PFL-dən asılı olmayacaq. PFL başçısı klublarımıza müraciət edib: "Xahişimiz odur ki, onlara göstərilən və göndərilən məktublarda koronavirusla mübarizəni unutmasınlar. Bu virus tək bizim, sizin yox, bizləri əhatə edən insanlar üçün də təhlükəlidi. Həm də çempionatımızda heç bir problem yaranmasın deyə klublardan xahiş edirik ki, verilən qərarlar, göndərilən məktublara diqqət ayırsınlar. Son dərəcəyədək diqqətlə olmalıdırlar ki, məşq, oyun zamanı heç nəyi nəzərdən qaçırmasınlar".

 

Musayev bəyan edib ki, stadionlar oyuna 3 saat qalmış bağlanmalıdı: "Arenaya gələn klub nümayəndələri hökmən maskadan istifadə etməlidi. Bundan kimlər istifadə etməyə bilərlər - baş məşqçi, hakimlər, meydandakı futbolçular və oyuna daxil olmağa hazırlaşan oyunçular. İlk növbədə maskadan istifadəyə əməl etmək lazımdı. Oyundan əvvəl komandaların kapitanlarının birgə foto çəkdirmələri, hakimlərin, futbolçuların bir-birləriylə görüşmələri var ki, bunlar artıq qadağa olunur. Qadağa deyəndə pis səslənir, ancaq biləsiniz ki, bu, hər birimizin təhlükəsizliyini təmin etmək üçündü. Bunun heç birini kefdən eləmirik. Xahiş edirik ki, qaydalara əməl edəsiniz".

 

Musayev azarkeşlərə də qərarı anlayışla qarşılamaları ilə bağlı səslənib: "Onlar heç də bizdən inciməsinlər ki, stadionda olmaları qadağa olunur. Bizi də başa düşməlisiniz. Bütün oyunlar "CBC Sport"la canlı yayımlanır. hər birini ordan izləyə bilərsiniz. Buna görə də nə qədər ki bu problemlər var, o vaxtadək stadiona gəlməyə ehtiyac yoxdu. Yəni, bugünkü duurmla bağlı barışmalıyıq. Ona görə incimək olmaz. Mətbuat nümayəndələri üçün əlavə yerlər ayrılır və onlardan da verilən qayda-qanunlara, tövsiyələrə diqqət yetirmələri xahiş olunur".

 

Xatırladaq ki, yeni çempionat avqustun 21-də start götürəcək. 

football24
26 Sentyabr 2020
25 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB