TOP 10

AFFA-nın sabiq baş katibi: "Azərbaycan futbolunu çox çətin il gözləyir"

Futbol
Tarix: 2020-08-12 16:28

"Nəhayət, minlərlə azərbaycanlı idman həvəskarının gözlədiyi vaxt gəlib çatdı. Bu gün yeni futbol çempionatımızın püşaktma məraisimidi və növbəti mövsüm başlamaq üzrədi". Sport24.az xəbər verir ki, bunu AFFA-nın sabiq baş katibi Çingiz İsmayılov Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünün püşkatma mərasimində deyib.

 

Futbol veteranı bildirib ki, koronavirus pandemiyası hər sahədə ölkəyə ziyan vurub: "O cümlədən də futbolda. Amma insanların sağlamlığı ön planda olduğu üçün bununla barışmaq lazımdır".

 

AFFA-nın sabiq baş katibi olan İsmayılovun sözlərinə görə, bu il Azərbaycan futbolunu və onun həvəskarlarını çox çətin il gözləyir: "4 komandamız Çempionlar Liqası və Avropa Liqasında çıxış edəcək. Komandalarımız fiziki baxımdan tam hazırlıqla olmasalar da, ümid edirəm ki, əzmkarlıq göstərib futbolumuzun adını yüksəklərə qaldıracaqlar. Yeni mövsümdə iştirak edəcək 8 omandanın hər birinə uğurlar diləyirik. Ümid edirəm ki, bu çempionatda milli komandada oynayacaq bir neçə yeni futbolçu çıxacaq".

 
football24
26 Sentyabr 2020
25 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB