TOP 10

"Canni de Byazininin bu planı olmasaydı, 2-ci turu avqustun 30-da keçirmək fikrimiz var idi"

Futbol
Tarix: 2020-08-12 16:00

Azərbaycan millisinin UEFA Millətlər Liqasında hazırlıq məqsədilə təlim-məşq toplanışa başlayacağı vaxt müəyyənləşib. Sport24.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Premyer Liqasında 2020021 mövsümünün püşkatma mərasimində çıxış edərkən bildirib.

 

Qurum rəhbəri hazırlıq prosesinə avqustun 28-də start veriləcəyini diqqətə çatdırıb: "Milli komandaya yeni təyin olunan baş məşqçinin (Canni de Byazi-red.) bizə bildirdiyinə görə, avqustun 28-də milli toplaşacaq. Onun fikrinə hörmətlə yanaşaraq belə qərara gəldik ki, çempionatı 21-də başlayaq. Ki , yeni baş çəşqçi çağırılacaq futbolçuları görə bilsin. Toplanışla bağlı məcburuq ki, 2-ci turu keçirməyək. Buna görə 1 turdan sonra fasilə olacaq. Ancaq baş məşqçinin belə bir düşüncəsi olmasaydı, fikrimiz vardı ki, avqutsun 30-da 4 oyunun hamısı bir gündə olmaqla 2-ci turu keçirək".

 

Qeyd edək ki, Canni De Byazinin baş məşqçi olduğu Azərbaycan yığması Millətlər Liqasındakı ilk matçını sentyabrın 5-də Bakı Olimpiya Stadionunda Lüksemburqa qarşı keçirəcək, 3 gün sonra Kiprin qonağı olacaq. 

football24
26 Sentyabr 2020
25 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB