TOP 10

Ramin Musayev püşkü dəyərləndirdi: "Futbolçularımız bunu oxuyub heç də arxayınlaşmasınlar"

Futbol
Tarix: 2020-08-12 15:36

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev avrokubokların püşkatmasını dəyərləndirib. Sport24.az xəbər verir ki, Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünün püşkatma mərasimində çıxış edən PFL rəhbəri klublarımızı diqqətli olmağa çağırıb: "Mətbuatda yazırlar ki, püşk komandalarımız üçün düşərli oldu. Mən də deyərdim ki, düşərli olsun. Ancaq unutmayaq ki, bir komanda avrokuboklara vəsiqə qazanıbsa, bu, təsadüfən gəlib ora düşməyib. Yəni bu yazıları oxuyub, futbolçularımız heç də arxayınlaşmasınlar. Unutmasınlar ki, bu yarışlarda artıq təkcə klubu yox ,bütün Azərbaycanı təmsil edirlər. Bunu hamı düşünsün. Ona görə xahiş edirəm ki, bizə zəif komanda düşüb deyə arxayınlaşmasınlar. Biləsiniz ki, zəif komandaya yoxdu. Təmsilçilərimizə uğurlar arzu edirik. Hər zaman yanınızdayıq və bütün futbolsevərlərlə birgə sizi izləyib azarkeşlik edəcəyik”.

 

Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının, “Nefti”, “Keşlə” və “Sumqayıt” isə Avropa Liqasının I təsnifat mərhələsində mübarizə aparacaq.

football24
23 Sentyabr 2020
22 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB