TOP 10

“Barselona”nın futbolçusunda koronavirus aşkarlandı

Dünya Futbolu
Tarix: 2020-08-12 20:00

“Barselona”nın bir futbolçusunda koronavirus aşkarlanıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


Bildirilir ki, komandanın 9 nəfərdən ibarət hazırlıq qrupunda olan futbolçuların birinin koronavirus testi pozitiv nəticələnib. Adı açıqlanmayan futbolçunun heç bir simptomunun olmadığı və karantinə alındığı bildirilib.


Koronavirusa yoluxan futbolçunun Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində keçiriləcək “Bavariya” ilə oyun üçün Portuqaliyaya yollanacaq futbolçularla təmasda olmadığı vurğulanıb.


“Barselona” – “Bavariya” oyunu avqustun 14-də keçiriləcək.

football24
25 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB