TOP 10

"Azarkeşlərimiz "Qarabağ"la oyunda qələbə topunu vurduğuna görə onu xatırlayacaqlar"

Futbol
Tarix: 2020-08-12 18:46

Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın potensial rəqibi olan "Şerif" heyətinə yeni oyunçu cəlb edib. Sport24.az əbər verir ki, Tiraspol təmsilçisi Almaniyanın "Paderborn" klubundan bosniya və herseqovinalı futbolçu Rifet Kapiçi 1 illik icarəyə götürüb. 

 

, Klubun transfer açıqlaması belə olub: "Azarkeşlərimiz klubumuzun Azərbaycanın "Qarabağ" komandası ilə oyunda (1:0) qələbə topunu vurduğu görə Rifeti xatırlayacaqlar".

 

"Şerif" Kapiçi 2018/19 mövsümündə İsveçrənin "Qrasshopers" klubundan icarəyə götürmüşdü. 25 yaşlı yarımmüdafiəçi həmin mövsüm Avropa Liqasının pley-off mərhələsinin ilk matçında "Şerif"in Moldovada "Qarabağ"a qalib gəldiyi oyunda yeganə qol vurmuşdu. Ağdam klubu cavab görüşündə 3:0 hesablı qələbə ilə qrup mərhələsinə adlamışdı.

 

Xatırladaq ki, "Şerif" evdə Lüksemburq "Fola"sını keçərdə,  II təsnifat mərhələsində "Qarabağ" - "Sileks" matçının güclüsü ilə qarşılaşacaq.

football24
26 Sentyabr 2020
25 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB