TOP 10

"Neftçi"dən Boris Xetaqurovun yubileyinə xoş sürpriz

Futbol
Tarix: 2020-08-12 13:08

Bu gün Azərbaycanın tanınmış idman həkimi, "Neftçi"də həm SSRİ, həm də müstəqillik dövründə çalışmış, "ağ-qaralar"la 1966-cı ildə ölkə çempionatının bürünc medalçısı olmuş Boris Xetaqurovun ad günüdü. Qocaman tibb mütəxəssisi 80 illik yubileyini keçirir.

 

"Neftçi"nin qarşıdakı planlarından biri Boris Nanayeviçlə bağlı sənədli filmin çəkilməsidi. Klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev Sport24.az-a açıqlamasında bunun "Neftçi TV" tərəfindən istehsal olunaraq göstərilməsinin nəzərdə tutulduğunu bildirib: "Neftçi"də uzun illər çalışmış, klubun tarixini daha çox bilən, daha çox informasiyaya bilən bir insan kimi Xetaquqovla bağlı sənədli film planımızdadı. Bildiyiniz kimi, "Neftçi TV"də ilk belə qonaq məşqçimiz İoqr Getman oldu. İndi Arif Əsədov haqda çəkmişik və avqustun 18-də yayımlamağı nəzərdə tutmuşuq. Çünki keçmiş kapitanımız, hazırda millimizin məşqçisi olan Arif müəllimin həmin gün 50 illik yubileyidi. Onunla bağlı maraqlı bir veriliş olacaq. Xetaqurovla bağlı planımızda var ki, yaxın günlərdə çəkilişini edək. Əslində, plan 80 illiyinə idi. Ancaq elə oldu ki, koronavirus pandemiyasına görə çatdırmadıq, tələm-tələsik də etmək istəmədik". 

 

Qeyd edək ki, Xetaqurov klublarımızdan "Qarabağ", "Xəzər Lənkəran", habelə, milli komandamızda da işləyib. 

 

 

 

 

MEHMAN SÜLEYMANOV

football24
23 Sentyabr 2020
22 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB