TOP 10

ÇL-də ilk yarımfinalçı PSJ oldu

Dünya Futbolu
Tarix: 2020-08-13 01:00

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib. Sport24.az xəbər verir ki, bu mərhələnin matçları Portuqaliyada keçirilir və azarkeşsiz oynanılır. Qarşılaşmalar bir oyundan ibarətdi.
 

İlk oyun günündə bir qarşılaşma baş tutub. İtaliyanın “Atalanta” klubu Fransa PSJ-si ilə üz-üzə gəlib. Matçın əvvəlində hesabı açan İtaliya klubu son dəqiqələrə qədər hesabda üstün olsa da, Paris təmsilçisi dörd dəqiqə ərzində vurduğu iki ardıcıl qol sayəsində əzmkar qələbə qazanıb. Beləcə, ilk yarımfinalçı PSJ olub.


UEFA Çempionlar Liqası
1/4 final

12 avqust


Atalanta (İtaliya) – PSJ (Fransa) 1:2
Qol: Paşaliç, 27 – Markinyos, 90. Çupo-Motinq, 90+3.


13 avqust

23:00. Leyptsiq (Almaniya) – Atletiko (İspaniya)


14 avqust

23:00. Barselona (İspaniya) – Bavariya (Almaniya)


15 avqust

23:00. Mançester Siti (İngiltərə) – Olimpik (Lion, Fransa)

football24
23 Sentyabr 2020
22 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB