TOP 10

İngiltərə klubu yenidən millimizin futbolçusuna yönəlib - qərar "Arsenal"dan asılıdı

Futbol
Tarix: 2020-08-12 12:09

 "Vulverhempton"da çıxış edən millimizin futbolçusu Renat Dadaşov “Koventri Siti"nin yenidən gündəmindədi. Sport24.az "Vavel" nəşrinı istinadən xəbər verir ki, İngiltərə Çempionşip təmsilçisi "Arsenal"ın gənc oyunçusu Ben Şifi transfer edə bilməsə, yenidən "Vulverhempton"dan Dadaşov və Ouen Otasovini icarəyə götürməyə çalışacaq.

 

"Koventri Siti" bundan əvvəl Renatı icarəyə götürmək istəsə də, klublar arasında razılıq əldə olunmamışdı.

 

Xatırladaq ki, 21 yaşlı Dadaşov 2019-cu ilin avqustunda keçdiyi "Vulverhempton"la 4 illik müqavilə imzalayıb. Gənc forvard keçən mövsümün ilk yarısını icarə əsasında Portuqaliyanın "Pakuş de Ferreyra" klubunda keçirib, mövsümün ikinci yarısında isə "Vulverhempton"un U-21 komandasında çıxış edib

football24
23 Sentyabr 2020
22 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB