TOP 10

"Şkendiya" və "Şkupi"nin sabiq futbolçusu öz şanslarını yüksək qiymətləndirdi: "Azərbaycanda futbola son 5-8 ildə çox sərmayə qoyulub"

Futbol
Tarix: 2020-08-12 11:22

"Həm "Şkendiya"ya, həm də "Şkupi"yə uğurlar arzulayıram. Çünki oynadığım klublardır. Rəqiblər təxminən bizimlə eyni səviyyədədi". Sport24.az xəbər verir ki, bu fikirləri Şimali Makedoniya təmsilçiləri "Şkendiya" və "Şkupi"nin sabiq futbolçusu Arcend Beqiri komandaların Avropa Liqasındakı rəqibləri barədə danışarkən deyib. 

 

Onun fikrincə, klublarımız daha çox fiziki futbola üstünlük verirlər: "Bu baxımdan texniki cəhətdən də daha güclüdü. Ancaq Azərbaycan klublarının əvvəlki kimi deyillər. Son 5-8 ildə futbola çox sərmayə qoyulub. Komandalarımızın işi asan olmayacaq. Azərbaycan klubları infrastruktura görə də bizdən öndədirlər. Amma koronavirus səbəbindən mərhələlər bir matçdan ibarətdir. Bu da vəziyyəti dəyişəcək və daha çox taktiki mübarizə olacaq. Yaxşı hazırlaşan tərəf növbəti mərhələyə yüksələcək".

 

Kosovonun "Ferizay" klubunun sabiq baş məşqçisi sabiq klublarının keyfiyyətlərinə inandığını bəyan edib: "Komanda şəkildə mübarizə apara bilsələr, uğur qazana bilərlər. Müasir futbolda komanda oyunu önəmlidir. Həm “Şkendiya”, həm də “Şkupi”nin heyətini gücləndirdiyini nəzərə alsaq, şansları yüksək qiymətləndirirəm".

 

Qeyd edək ki, "Şkendiya" "Sumqayıt"ın, "Şkupi" "Neftçi"nin qonağı olacaq.  Hər iki qarşılaşma avqustun 27-də keçiriləcək. 

football24
23 Sentyabr 2020
22 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB