TOP 10

Beş ayrılıq, bir yeni transfer

Dünya Futbolu
Tarix: 2020-08-12 12:48

Türkiyənin “Antalyaspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, Super Liqa təmsilçisi hücumçu Dever Orgilli transfer edib.


Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Son olaraq “Ankaragücü”nün uğurları üçün çalışmış 30 yaşlı yamaykalı forvardla 2 illik müqavilə imzalanıb. 


“Antalyaspor” bəzi futbolçularla da yollarını ayırdığını açıqlayıb. Klub rəsmi saytı vasitəsilə Salih Dursun, Delvin Ndinqa, Ali Sissoko, Dieqo Angelo və Yekta Kurtuluşla vidalaşdıqlarını bəyan edib.


Ndinqa 6 ay idi formasını geyindiyi bu komandada 6 Super Liqa matçına çıxıb, 338 dəqiqə meydanda olub. Sissoko iki il idi “Antalyaspor”un uğurları üçün çalışırdı. Salih Dursun 3.5 il ərzində heyətində olduğu bu komanda ilə 39 Super Liqa matçına çıxıb, 2690 dəqiqə meydanda olub. Yekta Kurtuluş 4.5 il idi Antalya klubunda forma geyinirdi. O, bu komanda ilə 82 Super Liqa matçına çıxıb, 4422 dəqiqə oynayıb. Dieqo Angelo isə 5 il idi “Antalyaspor”da oynayırdı. 

football24
23 Sentyabr 2020
22 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB