TOP 10

Liqa 1 klubunda yeni hücumçu

Dünya Futbolu
Tarix: 2020-08-12 12:20

Fransanın “Lill” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, Liqa 1 təmsilçisi kanadalı hücumçu Conatan Davidi transfer edib.


Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 20 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. “Lill”in yeni transferinin 9 nömrəli formanı geyinəcəyi diqqətə çatdırılıb.


David son olaraq Belçikanın “Gent” klubunda çıxış edib. O, geridə qalan mövsümdə bu komanda ilə 40 oyuna çıxıb, 23 qola imza atıb.

football24
23 Sentyabr 2020
22 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB