TOP 10

Georgievski öz klublarının Azərbaycan təmsilçiləriylə qarşıdakı dueldə şanslarını dəyərləndirdi: "Avqustda Bakıdakı iqlim bizimkilərə çox problem yarada bilər"

Futbol
Tarix: 2020-08-12 10:42

“Neftçi” və “İnter”in (indiki “Keşlə”) makedoniyalı keçmiş futbolçusu Slavko Georgiyevski öz ölkəsinin müsahibə verib. Sport24.az xəbər verir ki, 40 yaşlı veteran yarımmüdafiəçi öz klublarının Azərbaycan təmsilçiləri keçirəcəyi oyunlar barədə danışıb:

 

- Azərbaycan futbolunda böyük dəyişikliklər var, indi orada futbol oynadığım dövrdəki qədər güclü deyil. Bəzi klublar maliyyə problemləri ilə üzləşdiyindən müflis elan olunub. Hətta heyətində çıxış etdiyim “Neftçi” və “İnter” də problem yaşadı. İllərlə böyük maliyyə dayağına malik olan “Xəzər Lənkəran” da hazırda yoxdur.

 

- “Sileks” Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq...
- Sözlərim səhv anlaşılmasın, “Sileks”in “Qarabağ” önündə çox şansı yoxdur. Çünki rəqibi güclü heyəti, böyük büdcəsi olan, avrokuboklarda, xüsusən də, evdə stabil çıxış edən klubdur. “Sileks”in onları keçmək şansı minimumdur, çox çətin olacaq. "Qarabağ"ın əksər futbolçuları milli üzvləridir və güclü əcnəbiləri var. 

 

- Həm “Neftçi”, həm də “Şkupi”də çıxış etmisiniz. Bu komandaların duelindən nə gözləyirsiniz?
- Bəli, 2005-ci ildə “Şkupi”də, 2010-2012-ci illərdə “Neftçi”də oynamışam, iki titul qazanmışam. Bu cütlükdə yaxşı mübarizə olacaq. “Şkupi”nin “Şkendiya” ilə oyununu  zilədim, komanda xoş təsir bağışladı. “Neftçi” mənim dönəmimdəki kimi deyil, amma yenə də güclü. Böyük maliyyəsi, bahalı transferləri yoxdur. Ancaq Azərbaycanın ən böyük klubudur. Mərhələ bir oyundan ibarət olduğundan ev sahibi təmsilçimizə yuxarıdan aşağı baxmayacaq. “Şkupi” Bakıdakı matçın 5 dəqiqəsindən belə, lazımınca istifadə etməlidir. Püşkatmadan dərhal sonra “Neftçi”də mənə zəng gəldi, məlumat istədilər. Klubun idman direktoru dostumdur, “Şkupi” ilə əlaqə saxlamaq üçün kömək istədilər.

 

- “Sumqayıt” kimi bizə tanış olmayan bir komanda “Şkendiya”ya rəqibdir…
- “Şkendiya” bu mərhələni keçəcək. Onun avrokubok təcrübəsi var, Besart İbraimi, Armend Alimi, Kostadin Zahov, Eqzon Beytulai kimi oyunçulara malikdir. “Sumqayıt” Bakıda məskunlaşmayan və fikrimcə, Avropa Liqası matçlarını öz stadionunda keçirməyəcək kiçik bir klubdur. “Şkendiya”nın bu maneəni problem yaşamadan keçəcəyini düşünürəm. Ümumiyyətlə, komandalarımız hava şəraitinə, oyundan əvvəl məşqlərin vaxtına və oyun vaxtına diqqət etməlidirlər. Çünki avqustda Bakıdakı iqlim çox problem yarada bilər.

football24
23 Sentyabr 2020
22 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB