TOP 10

Premyer Liqamızda yeni mövsümün püşkü atıldı

Futbol
Tarix: 2020-08-12 15:19

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünün püşkatma mərasimi keçirilib. Sport24.az xəbər verir ki, AFFA-nın inzibati binasında keçirilən mərasimə saat 15:00-da start verilib.

 

Püşkatmada yeni mövsümün ilk turunda qarşılaşacaq komandalar müəyyənləşib. İlk turun mərkəzi matçı son çempionla "Qarabağ"la yeni mövsümün ən iddialı komandalarından olacağı gözlənilən "Sabah"la arasında olacaq. 


Klub və KİV nümayəndələri üçün qapalı olacaq tədbir “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanıb.


Premyer Liqada da yeni mövsümdə 8 komanda – “Qarabağ”, “Neftçi”, “Keşlə”, “Sumqayıt”, “Zirə”, “Sabah”, “Səbail” və “Qəbələ” mübarizə aparacaq.

 

21 avqust

"Neftçi" - "Səbail"

"Sumqayıt" - "Keşlə"

"Qarabağ" - "Sabah"

"Qəbələ" - "Zirə"

football24
26 Sentyabr 2020
25 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB