TOP 10

Qurbanovsuz “Samtrediya” doğma meydanda uduzdu

Dünya Futbolu
Tarix: 2020-08-12 11:27

Futbol üzrə Gürcüstan çempionatında 9-cu turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, azərbaycanlı futbolçu Nicat Qurbanovun formasını geyindiyi “Samtrediya” da növbəti matçına çıxıb.
 

Sözügedən kollektiv doğma meydanda “Saburtalo” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.


Nicat bu görüşün iştirakçısı olmayıb. Cari mövsümdə 3 qol vurmuş 28 yaşlı yarımmüdafiəçi ötən turda zədələndiyinə görə, bu görüşü buraxmaq məcburiyyətində qalıb.


9 turdan sonra hesabında 8 xal olan “Samtrediya” 10 komanda arasında 8-ci pillədə qərarlaşıb.

football24
23 Sentyabr 2020
22 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB