TOP 10

Riberi mövsümün ən yaxşı oyunçusu seçildi

Dünya Futbolu
Tarix: 2020-08-12 09:31

“Fiorentina”da 2019/20 mövsümünün ən yaxşı oyunçusu müəyyənləşib. Sport24.az xəbər verir ki, klubun rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən, 37 yaşlı yarımmüdafiəçi Frank Riberi birinci olub.
 

O, başa çatan mövsümdə A seriyasında 21 matçda 3 qol vurub, eyni sayda məhsuldar ötürmə müəllifi olub. Fransalı futbolçu 1 dəfə qırmızı vərəqə ilə cəzalandırılıb.


Qeyd edək ki, Riberi “Fiorentina”ya ötən il “Bavariya”dan transfer olunub.

football24
23 Sentyabr 2020
22 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB