TOP 10

“Keşlə” və “Sumqayıt”ın oyunlarının saatı bəlli oldu

Futbol
Tarix: 2020-08-11 22:32

Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Sumqayıt” və “Keşlə”nin 1-ci təsnifat mərhələsindəki oyununun başlama saatı açıqlanıb. Sport24.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Sumqayıt” - “Şkendiya” (Makedoniya) görüşü saat 20:00-da start götürəcək. Bu qarşılaşma “Sumqayıt”ın öz meydanında baş tutacaq.


“Keşlə” - “Laçi” (Albaniya) qarşılaşması isə saat 21:00-da başlayacaq. Bu görüş də “Keşlə”nin öz arenasında keçiriləcək.


Avroliqadakı digər təmsilçimiz "Neftçi"nin Makedoniya "Şkupi"si ilə oyununun başlama saatı isə ötən gün açıqlanıb. 8-ci km stadionunda keçiriləcək oyuna saat 20:00-da start veriləcək.


Qeyd edək ki, hər 3 matç avqustun 27-də keçiriləcək.

football24
20 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB