TOP 10

“Neftçi” “Şkupi” ilə oyun üçün hazırlığa başladı

Futbol
Tarix: 2020-08-11 20:57

Yeni mövsümə hazırlaşan “Neftçi” iki günlük fasilədən sonra məşqləri bərpa edib. Sport24.az xəbər verir ki, komanda bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə hazırlıq keçib.
 

Qeyd edək ki, “Neftçi” avqustun 27-də UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Şimali Makedoniyanın “Şkupi” klubu ilə qarşılaşacaq. Oyun “Bakcell Arena”da keçiriləcək və saat 20:00-da başlanacaq. 


Avqustun 21-də start götürəcək Premyer Liqada yeni mövsümün püşkü isə sabah saat 15:00-da atılacaq.

football24
23 Sentyabr 2020
22 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB