TOP 10

“Real” PSJ-nin futbolçusu ilə vidalaşdı

Dünya Futbolu
Tarix: 2020-08-11 22:16

Madrid “Real”ı qapıçısı Alfons Areola ilə yollarını ayırıb. Sport24.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb. 


Müqavilə ilə Fransa çempionu PSJ-yə məxsus olan 27 yaşlı qolkiperin icarə müddəti başa çatıb. "Kral klubu" Areolanın transfer hüquqlarını Paris təmsilçisindən almaqdan imtina edib. 


Qeyd edək ki, Alfons Areola cari mövsüm 9 rəsmi matçda meydanda olub və 11 qol buraxıb. O, 2018-ci ildə Fransa millisi ilə birlikdə Rusiyada keçirilən dünya çempionatı qazanıb. Areola həmin vaxt yığmanın 3-cü qapıçısı olub.

football24
20 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB