TOP 10

"Keşlə"də İsmayılovla yola davam, "Səbail"lə planlaşdırılan görüş

Futbol
Tarix: 2020-08-11 17:09

Tərlan Əhmədovla yollarını ayıran “Keşlə” Avropa Liqasının I təsnifat mərhələsində "Laçi" ilə oyuna hazırlığı davam etdirir. Sport24.az xəbər verir ki, paytaxt təmsilçisi avqustun 27-də "ASK Arena"dakı matça baş məşqçi vəzifəsinin müvəqqəti icrası tapşırılan Zaur İsmayılovun rəhbərliyi altında çıxacaq. Yeni baş məşqçinin kim olacağına bundan sotra aydınlıq gələcək.

 

Əhmədov getsə də, məşqçilər korpusu tam heyətlə işini davam etdirir. Yəni, sabiq baş məşqçinin özüylə gətirdiyi Kamal Quliyev, habelə karyerasını bitirərək məşqçiliyə başlayan Rəşad Sadiqov iş başındadı. Komandada fiziki hazırlığa Əli Muradov, qapıçılaral işə Camaləddin Əliyev yenə cavabdeh olaraq qalır. 

 

"Keşlə" hazırlığını paytaxtda davam etdirəndən sonra artıq bu həftə ilk yoxlama matçını keçirəcək. Bu, avqustun 14-də Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında "Səbail"lə planlaşdırılır. Rəqib yalnız o halda dəyişə bilər ki, bu komandalar ilk turda düşsün.

 

Xatırladaq ki, Premyer Liqamızda yeni çempionatı püşkü sabah atılacaq. 

football24
21 Sentyabr 2020
20 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB