TOP 10

“Qarabağ” “Sabah”a bu dəfə qalib gəldi

Futbol
Tarix: 2020-08-11 21:55

Çempionlar Liqasında təmsilçimiz “Qarabağ” bu gün növbəti yoxlama oyununu keçirib. Sport24.az xəbər verir ki, Ağdam klubu “Azərsun Arena”da "Sabah"la qarşılaşıb.

 

Matç saat 20:00-da start götürüb. Bu komandalar arasında iyulun 25-də Qəbələdə keçirilən görüşdə “Sabah” 2:1 hesablı əzmkar qələbə qazanmışdı. Bu dəfə isə Ağdam klubu hər hissədə bir qol vurmaqla inamlı qələbəyə sevinib.

 

Yeni mövsümə hazırlaşan klublarımızın yoxlama oyunları koronavirus səbəbindən qapalı keçirilir. Sınaq matçlarında iki komandadan başqa digər şəxslər iştirakına icazə verilmir.
 

Qeyd edək ki, “Sabah” toplanış çərçivəsində həmçinin “Sumqayıt”a (1:0), "Qarabağ"a (2:1), “Neftçi”yə (5:2), “Qəbələ”yə (2:0) qalib gəlib. “Qarabağ” isə iki dəfə “Keşlə”ni (3:1, 4:0), bir dəfə də “Neftçi”ni (1:0) məğlub edib.

 

Yoxlama matçı
11 avqust
 
“Qarabağ” – “Sabah” 2:0

Qol: Uroş Matiç, 31-pen. Mahir Emreli, 85.
Bakı. “Azərsun Arena” stadionu.

football24
26 Sentyabr 2020
25 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB