TOP 10

"Səbail"in "Landi"si Premyer Liqamıza qiymət verdi, azarkeşlərə ismarıc göndərdi: "Oyunumla sizə zövq yaşatmağa çalışacam"

Futbol
Tarix: 2020-08-11 15:38

"Səbail"in yeni transferi Florian Kadriu klubun rəsmi saytının suallarını cavablandırıb. Sport24.az həmin müsahibəni təqdim edir...

 

- "Səbail"lə müqavilə imzaladınız. Nə hisslər keçirirsiniz?

- İlk olaraq, mənə inandığına görə, kluba təşəkkür edirəm. Burada olmağıma çox şadam, keçirdiyim hissləri sözlə ifadə etmək mümkün deyil. Çox sevinirəm.

 

- “Səbail”ə gəlməmişdən öncə Azərbaycan Premyer Liqası barədə məlumatınız var idi?

- Bilirdim ki, Azərbaycanın yüksək səviyyəli liqası var. Burada oynayan həmyerlilərim liqanın güclü olduğunu bildiriblər.

 

- Öz oyun tərzinizi necə təsvir edirsiniz?

- Oyunda sürətə və fərdi ustalığa daha çox güvənirəm.

 

- Yaxınlarınız sizi necə çağırır?

- Yaxınlarım mənə "Landi" deyə müraciət edir. 

 

- Mövsümə avqustun 21-də start veriləcək. Həm şəxsi, həm də, komandadan gözləntiləriniz nədir?

-İnanıram ki, mövsümə qələbələr ilə başlaya biləcəyik. Komanda ilə birlikdə klubun ambisiyalarını doğrultmağa çalışacağıq.  Özüm şəxsən, ən yaxşı oyunumu göstərmək üçün əlimdən gələni edəcəyəm.

 

- “Səbail”in azarkeşlərinə ismarıcınız var?

- Azakeşlərə ismarıcım odur ki, sizi məmnun etmək üçün ən yaxşı oyunumu göstərəcəyəm. Dəstəyiniz çox vacibdir, komanda üçün 12-ci oyunçusunuz. Sizsiz futbolu təsəvvür etmək çox çətindir.  Öz oyunum ilə sizə zövq yaşatmağa çalışacağam. Fanatlar üçün hər oyunda qol vurmaq üçün əlimdən gələni edəcəyəm.

football24
20 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB