TOP 10

Qadze Moldovada "Zirə"nin tarixinə düşən qolunu xatırladı: "Avrokuboklarda təcrübə qazandım və mənə bəzi təzyiqlər təsir etmir"

Futbol
Tarix: 2020-08-11 18:00

"Mən "Zirə" yə keçəndə, komanda ilk dəfə Avropa Liqasının təsnifat mərhələsində iştirak etdi. Belə oldu ki, klubun tarixində bu turnirdə vurulan ilk qolun müəllifi oldum. Bu, mənim və bütövlükdə klub üçün əla hadisədi". Sport24.az xəbər verir ki, bu fikirləri "Zirə"nin sabiq legioneri Riçard Qadze bildirib. 

 

Qanalı hücumçusu bir neçə gün əvvəl keçdiyi Moldovanın "Şerif" klubunun rəsmi saytına müsahibəsində Azərbaycandakı çıxışına da toxunub: "Belə oldu ki, bu il çox oyun imkanım olmadı. Komandaya çempionatın ikinci dövrəsində qoşulub 13 matç oynadım. Sonra nə baş verdiyini özün bilirsiniz - pandemiya səbəbindən oynamaq mümkün olmadı. Uyğunlaşma ilə bağlı problemlər yoxdu. Məşqçi mənə güvənsə, onu məyus etməyəcəm. Komandaya tezliklə kömək etmək və buna uyğun burda möhkəmlənmək istəyirəm".

 

Qadze avrokuboklarda çıxış etsə də, bu, yalnız Avropa Liqasımdan ibarətdi. Çempionlar Liqası (ÇL) isə tam fərqli turnirdi: "Şübhəsiz ki, bu, Avropanın ən yaxşı klub yarışmasıdı. Hər bir oyunçu - mən də istisna deyiləm - səviyyəsini artırmaq istəyir. Bunu etmək mənim üçün böyük bir şansdı".

 

"Şerif" ÇL-in I təsnifat mərhələsində Lüksemburq "Fola"sını keçəcəyi gözlənilir ki, "Qarabağ"ın da rəqibini üstələyəcəyi halda onlar növbəti mərhələdə görüşəcək. Bu isə Riçardaın yenidən Azərbaycana gəlməsi deməkdi: "Rəqib haqqında konkret bir deyəcəyim yoxdu. Artıq Avropa yarışlarında iştirak etmişəm və müəyyən təcrübə qazandım. İndi mənə belə oyunlara xas olan bəzi təzyiqlər təsir etmir. Çıxıb nəticə verməliyik və inanıram ki, bu turnirdə çox şey əldə edə bilərik".
 

football24
21 Sentyabr 2020
20 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB