TOP 10

"Laçi" rəsmisi "Keşlə"yə qalib gələcək heyətlərinin olduğunu bəyan etdi: "Azərbaycan təmsilçisiylə Kiprdə və ya İspaniyada oynaya bilərik, yaxın günlərdə məkan dəqiqləşəcək"

Futbol
Tarix: 2020-08-11 16:19

"Keşlə"nin Avropa Liqasının I təsnifat mərhələsində "Laçi" ilə oyunu neytral zonada keçirilməsi ehtimalı var. Sport24.az xəbər verir ki, bu barədə  Albaniya klubunun direktoru Naim Halili "Panorama" nəşrinə açıqlamasında deyib.

 

O, koronavirusla bağlı ölkəmizə girişə məhdudiyyətlə əlaqədər ölkəmizdə oynayıb-oynamayacaqlarını hələ bilmədiklərini söyləyib: "Hələ də Azərbaycanda oynayacağımızı dəqiq bilmirik. Hər şey koronavirusla bağlı vəziyyətdən asılıdır. Kiprdə və ya İspaniyada oynaya bilərik. Yaxın günlərdə məkan dəqiqləşəcək və ondan sonra səfərlə bağlı qərar verəcəyik".

 

Halili "Keşlə" səddini keçəcəklərinə inandığını bildirib: "Bizim üçün adi oyun olacaq.  Meydan amili matça təsir etməyəcək. Çünki görüş azarkeşsiz oynanılacaq. Düşünürəm ki, bu səbəbdən evdə və ya səfərdə oynamağın fərqi yoxdur. Azərbaycan təmsilçisinə qalib gələcək heyətimiz var. Komandamız yaxşı keyfiyyətlərə malikdi və ona inanıram. Növbəti mərhələyə keçəcəyimizi düşünürəm.  “Keşlə”ni az da olsa tanıyıram. İki il əvvəl Mladen Milinkoviç orada işləyirdi və bəzi matçlarını izləmişəm".

 

Milinkoviç "Keşlə"yə gələnədək Albaniyada "Kukesi"ni çalışdırıb.

 

Qeyd edək ki, UEFA-nın püşkünə əsasən, "Keşlə" – "Laçi" oyunu avqustun 27-də Bakıda keçirilməlidir.

football24
21 Sentyabr 2020
20 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB