TOP 10

Millimizə 2 qol vuran Rusiya millisinin sabiq kapitanı hakimi döydü - VİDEO

Futbol
Tarix: 2020-08-11 13:33

Rusiya millisinin sabiq kapitanı Roman Şirokov oyun zamanı hakimi döyüb. Sport24.az xəbər verir ki, hadisə həvəskarlar liqasının matçında baş verib.

 

"Zenit"in heyətində UEFA Kuboku və Super Kubokunun qazanan39 yaşlı sabiq yarımmüdafiəçi keçmiş futbolçu olan referi Nikita Dançekova yumruq zərbələri vurub. Tibbi yardım göstəriləndən sonra referinin vəziyyətinin yaxşı olduğu bildirilib. Roman isə etdiyi hərəkətə görə üzr istəyib.

 

Qeyd edək ki, Şirokov 2008-16-cı illərdə çıxış etdiyi Rusiya millisində yığmamızla DÇ-2014-nün seçmə mərhələsində hər 2 matçda qol vurub. 


 

football24
21 Sentyabr 2020
20 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB