TOP 10

Xoş xəbər: UEFA azərbaycanlı azarkeşlərin avrokubok oyunlarında iştirak etməsinə icazə verə bilər

Futbol
Tarix: 2020-08-11 14:23

UEFA avqustun ortalarında koronavirus pandemiyası ilə bağlı vəziyyəti bir daha təhlil edəcək. Sport24.az xəbər verir ki, qitə futbol qurumundan mətbuat xidmətindən matçların tamaşaçısız keçirmək qərarını ən azı qismən dəyişdirməyin mümkün olub-olmadığına baxılacağı bildirilir. 
 

2019/20 mövsümündə UEFA Çempionlar Liqası və Avropa Liqasının həlledici mərhələ oyunları avqustda Portuqaliya və Almaniyada boş tribunalarda keçiriləcək. Bu, birbaşa Azərbaycan klublarına da təsir göstərə bilər.

 

"UEFA İcraiyyə Komitəsinin 9 iyul tarixli qərarına istinad edirik ki, qitə futbol qurumu oyunları sonrakı təlimatlara qədər tamaşaçısız keçirilməlidir. Bununla yanaşı, UEFA müxtəlif ölkələrdə vəziyyətdəki dəyişiklikləri (koronavirusla) daim izləyir. Avqustun ortalarında hər şeyi yenidən analiz edib izləməyi planlaşdırırıq. Və baxarıq ki,ytamaşaçısız matçlarla bağlı mövcud qərarı ən azı qismən yenidən nəzərdən keçirmək mümkündürmü?" - UEFA-nın mətbuat xidmətinin açıqlamasında bildirilir. 

 

Qeyd edək ki, avqustun 18-də Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində "Qarabağ" "Sileks"i qəbul edəcək. Avqustun 27-də Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində Azərbaycanın hər üç təmsilçisi - "Neftçi", "Keşlə" və "Sumqayıt" müvafiq olaraq "Şkupi" (Makedoniya), "Laçi" (Albaniya) və "Şkendiya" (Makedoniya) görüşəcəklər. Avrokubokların artıq ilk mərhələsindəki oyunlarında azərbaycanlı azarkeşlərin doğma komandalarını dəstəkləyə bilməsi tamamilə mümkündür.
.

football24
21 Sentyabr 2020
20 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB