TOP 10

“Valensiya”da koronavirus şoku - 2 yoluxma

Dünya Futbolu
Tarix: 2020-08-11 16:41

İspaniyanın “Valensiya” klubunun iki üzvündə koronavirus aşkarlanıb. Sport24.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.


Xəbərdə bildirilir ki, futbolçular, məşqçilər və klubun digər işçiləri testdən keçib. Test nəticələri müsbət olan şəxslərin vəzifələri və adları açıqlanmayıb. Sadəcə, onların təcrid olunduğu diqqətə çatdırılıb.


Qeyd edək ki, "Valensiya" La Liqada 2019/20 mövsümünü 53 xalla 9-cu pillədə başa vurub. "Yarasalar" avrokuboklara vəsiqə qazana bilməyib.

football24
20 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB